Argentinalı dünya çempionu Lionel Messi şərəfini qoruduğu ABŞ-ın "İnter Mayami" klubunda növbəti qollarını vurub.
Offsideplus.az xəbər verir ki, 37 yaşlı hücumçu MLS-in XVII turunda "Monreal"la görüşün qəhrəmanı olub.
O, 27-ci və 87-ci dəqiqələrdə fərqlənməklə yanaşı, Luis Suaresə də məhsuldar ötürmə verməyi bacarıb.
Nəticədə "İnter Mayami" 4:2 hesabı ilə qalib gələrək Şərq Konfransında 26 xalla 6-cı pilləyə yüksəlib.