Türkiyəli Arda Turan Ukraynanın "Şaxtyor" klubunun yeni baş məşqçisi qismində ilk açıqlamasını verib.

Offsideplus.az xəbər verir ki, 38 yaşlı çalışdırıcı azarkeşlərə müraciət ünvanlayıb.

"Salam, "Şaxtyor" azarkeşləri. Mən Ardan Turan - sizin yeni baş məşqçiniz. Bu böyük kluba qoşulduğuma görə çox şadam. Tezliklə görüşərik", - deyə o vurğulayıb.

Qeyd edək ki, Arda Turanla dünən 2027-ci ilin yayınadək nəzərdə tutulan müqavilə imzalanıb. O, Donetsk təmsilçisinin 39-cu baş məşqçisi olub.

"Şaxtyor" rəhbərliyi uğursuz nəticələrə görə xorvatiyalı Marin Puşiçi bir neçə gün öncə istefaya göndərib.