Ukraynanın "Şaxtyor" klubu Arda Turanın komandanın sükanı arxasına gətirildiyini rəsmən açıqlayıb.
Offsideplus.az xəbər verir ki, klub türkiyəli çalışdırıcını fərqli yolla ictimaiyyətə təqdim edib. Belə ki, Kiyevin mərkəzindəki "Gulliver" Ticarət Mərkəzinin fasadındakı ekranda "Arda Turan - "Şaxtyor"un baş məşqçisi" yazılmış video yayımlanıb.
38 yaşlı mütəxəssis Donetsk təmsilçisinin sayca 39-cu baş məşqçisi olub. Müqavilənin müddəti 2027-ci ilin iyun ayınadək nəzərdə tutulub.