Dünya ulduzu Kriştiano Ronaldunun şərəfini qoruduğu Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubu Asiya Çempionlar Liqasının finalına çıxa bilməyib.

Offsideplus.az xəbər verir ki, adıçəkilən komanda yarımfinalda Yaponiya təmsilçisi "Kavasaki Frontale"yə uduzub - 2:3.

Bu mərhələ 1 oyundan ibarət olub və "Əl-Nəsr" öz meydanında məğlubiyyətlə üzləşib.

Ronaldu 90 dəqiqə forma geyinsə də, qol vurmağı bacarmayıb.

Statistik göstəricilərdə rəqibi açıq-aşkar üstələyən "Əl-Nəsr" qapıya 21 zərbə endirib. "Kavasaki Frontale"nin isə 9 zərbəsindən 3-ü qol olub.