AFFA-nın Sosial ətraf mühit dayanıqlığı üzrə meneceri Kifayət Mustafayeva beynəlxalq arenada növbəti tapşırığını alıb.
Offsideplus.az xəbər verir ki, o, qadınlar arasında Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində baş tutacaq "Yuventus" (İtaliya) – "Volfsburq" (Almaniya) qarşılaşmasında UEFA nümayəndəsi kimi fəaliyyət göstərəcək.
Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Sözügedən oyun fevralın 19-da Turindəki "Yuventus" stadionunda keçiriləcək.



