Avropa Superliqası layihəsi başa çatdı.

Offsideplus.az xəbər verir ki, layihədə qalan son klub olan "Real Madrid" klubu UEFA və Avropa Klublar Birliyi (ECA) ilə razılıq əldə etdikdən sonra layihəsindən rəsmi şəkildə ayrıldı. 

Klubun rəsmi açıqlamasında bildirilib:

“UEFA, ECA və Real Madrid Avropa klub futbolunun xeyrinə razılaşma əldə edib. Bu razılaşma Avropa futbolunun maraqları naminə aparılan bir neçə aylıq danışıqlardan sonra mümkün olub."

Razılaşmanın əsasını iki əsas prinsip təşkil edir:

  • idman prinsiplərinə (sportiv meritokratiyaya) hörmət,
  • klubların uzunmüddətli maliyyə dayanıqlığı, həmçinin texnologiyaların daha geniş istifadəsi ilə azarkeş təcrübəsinin yaxşılaşdırılması vəd edilir.

Razılaşma eyni zamanda Superliqa layihəsi ilə bağlı tərəflər arasında davam edən hüquqi mübahisələrin də yekunlaşdırılmasına imkan verəcək.