Serbiyanın Novi Pazar şəhərində yeniyetmə boksçular arasında Avropa birinciliyi davam edir.
Offsideplus.az Azərbaycan Boks Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, qızlardan ibarət milli komandamızın 4 üzvü finala vəsiqə qazanıb.
Boksçularımızdan Əminə Tağı (50 kq), Cəmilə Muradlı (52 kq), Fidan Bəkərova (63 kq) və Səma Abbasova (66 kq) iyulun 15-də həlledici görüşlərə çıxacaqlar.
Yığmamızın digər xanım boksçuları Aylin Nəzərova (46 kq), Gülər Hüseynova (48 kq) və Zəhra Məmmədova (54 kq) yarımfinalda məğlub olduqları üçün birinciliyi bürünc medalla başa vurublar.
Avropa birinciliyi
Yarımfinal
Əminə Tağı (50 kq) – Dominika Vnukova (Slovakiya) – boksçumuz tam üstünlüklə qalib gəlib
Cəmilə Muradlı (52 kq) – Liana Jamharyan (Ermənistan) – 5:0 (29:28, 30:27, 29:28, 30:27, 30:27)
Fidan Bəkərova (63 kq) – Asya Turkoviç (Bosniya və Herseqovina) – 5:0 (30:27, 29:28, 30:27, 30:27, 30:27)
Səma Abbasova (66 kq) – Mariya Dovqopol (Moldova) – boksçumuz tam üstünlüklə qalib gəlib
Qeyd edək ki, oğlan boksçular arasında yarımfinal görüşləri bu gün keçiriləcək. Finala vəsiqə uğrunda 6 idmançımız mübarizə aparacaq.



