Hindistanlı tennisçi Radxika Yadav atası tərəfindən öldürülüb.
Offsideplus.az xəbər verir ki, idmançı 3 güllə yarası alıb.
Kritik vəziyyətdə xəstəxanaya çatdırılan tennisçinin həyatını xilas etmək mümkün olmayıb.
Ata və qızı arasındakı konfliktə məişət problemlərinin səbəb olduğu göstərilir. Belə ki, 25 yaşlı Radxikanın son vaxtlarda sosial media səhifələrində fəallığı, qısa videolar çəkib yayımlaması atanı narahat edib.
Daha bir versiya isə maliyyə məsələləri ilə bağlıdır. Məlumata görə, Radxikanın tennis akademiyası ailənin əsas gəlir mənbəyi imiş. Qonşuları ailənin qızdan maddi cəhətdən asılı olmasını gülüş obyektinə çeviriblər, nəticədə ata təxribata uyaraq qızının həyatına son qoyub.



