Qazaxıstanın paytaxtı Astanada boks üzrə Dünya Kuboku davam edir.
Offsideplus.az Azərbaycan Boks Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, 30 ölkənin 300-ə yaxın idmançısının qatıldığı yarışa milli komandamızın 2 üzvü qələbə ilə başlayıb.
Məhəmmədəli Qasımzadə (60 kq) 1/8 finalda Cənubi Koreya təmsilçisi Donqvan Yanqı məğlub edib - 5:0 (29:28, 30:27, 29:28, 30:27, 29:28). Boksçumuz 1/4 finalda Yohan Aquera (Dominikan Respublikası) ilə döyüşəcək.
Məhəmməd Abdullayev (+90 kq) isə 1/8 finalda monqolustanlı Byeknur Xalini eyni hesabla (5:0) mübarizədən kənarlaşdırıb. Onun növbəti rəqibi Taeunq Yu (Cənubi Koreya) olacaq.
Hər iki qarşılaşma iyulun 3-də keçiriləcək.
Qeyd edək ki, 11 boksçu ilə qatıldığımız Dünya Kubokunda ölkəmizi Emil Qurbanəliyev və Anar Babanlı hakim kimi təmsil edirlər.