Azərbaycan boks yığması Niderlandın Eyndhoven şəhərində təşkil olunan beynəlxalq turnirdə iştirak edib.
Offsideplus.az Azərbaycan Boks Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, komandamız yarışı 3 medalla başa vurub.
Hənyerlilərimizdən Məhəmmədəli Aşurəliyev (60 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Əli Abdullayev (65 kq) Eyndhoven kubokunu gümüş, Nəbi İsgəndərov (70 kq) isə bürünc medalla bitirib.