Noyabrın 25-də Gənclər və İdman Nazirliyi, AFFA və AMF-nın birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş dövlət qurumları arasında minifutbol turnirinin açılış mərasimi baş tutub.
Offsideplus.az xəbər verir ki, Tennis Akademiyasında keçirilən mərasim Ulu Öndər Heydər Əliyev haqqında videoçarxın nümayiş edilməsi ilə başlanıb. Sonra Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə AMF-nin vitse-prezidenti Taleh Nəsibov, AFFA-nın baş katibi Sərxan Hacıyev və gənclər və idman naziri Fərid Qayıbov çıxış edərək iştirakçılara uğurlar arzulayıblar.
Açılış mərasimindən sonra ilk turun oyunu keçirilib. SOCAR ilə Dövlət Gömrük Komitəsi komandaları qarşılaşıblar. Oyun SOCAR-ın qələbəsi ilə başa çatıb - 4:1.