Azərbaycan yığma komandasının qapıçısı Rövşən Hüseynli karyerasını Qazaxıstanın "Atırau" klubunda davam etdirəcək.

Offsideplus.az xəbər verir ki, bununla bağlı qolkiper öz Feysbuk hesabında paylaşım edib. Yeni anlaşma 2023-24-cü il mövsümünü əhatə edəcək.

Qeyd edək ki, Rövşən Hüseynli ötən mövsümün ikinci yarısından "Atırau"da çıxış edir.