Azərbaycanın qadın sablyaçıları İtaliyanın Milan şəhərində keçirilən qılıncoynatma üzrə dünya çempionatında komanda yarışında 5-ci yeri tutub.

Offsideplus.az xəbər verir ki, Anna Başta, Səbinə Kərimova, Valeriya Bolşakova və Palina Kaspiaroviçdan ibarət kollektiv yarımfinala yüksəlmək uğrunda keçirilən görüşdə Koreya Respublikası millisinə 43:45 hesabı ilə uduzub.

Komandamız 5-8-ci yerlər uğurunda keçirilən görüşlərdə Yunanıstan yığmasına (45:42) və Yaponiya seçmə kollektivinə (45:44) qalib gələrək 2024-cü ildə Parisdə keçiriləcək yay olimpiya oyunlarına ən yüksək reytinq xalları verən dünya çempionatında 5-ci olub.