“FourFourTwo” jurnalı dünyanın ən yaxşı 100 stadionunun siyahısını tərtib edib.

Offsideplus.az xəbər verir ki, bu arenaların arasında Bakı Olimpiya Stadionu (BOS) da yer alıb. BOS sıralamada 41-cidir.

Dünyanın ən yaxşı arenası isə Argentinadakı “La Bombonera” seçilib. Braziliyanın məşhur “Marakana” stadionu 2-ci, Almaniyada “Borussiya”nın (Dortmund) ev oyunlarını keçirdiyi “Siqnal İduna Park” isə 3-cü olub.

İlk "10-luq" belədir:

1. “La Bombonera” (Argentina)

2. “Marakana” (Braziliya)

3. “Siqnal İduna Park” (Almaniya)

4. “Tottenhem Hotspur” (İngiltərə)

5. “Monumental” (Argentina)

6. “Azteka” (Meksika)

7. “Kamp Nou” (İspaniya)

8. “Uembli” (İngiltərə)

9. “İbroks” (Şotlandiya)

10. “San Siro” (İtaliya)