Azərbaycan kikboksçusu Fərid Ağamoğlanov (63.5 kq) Polşada təşkil olunan 3-cü Avropa Oyunlarında qızıl medal qazanıb.

Offsideplus.az xəbər verir ki, idmançımız full-kontakt növündə finalda İtaliya təmsilçisi Damiano Salvatore Tramontana 3:0 qalib gələrək yarışın qalibi olub.

Bu nəticə ilə Avropa Oyunlarında Azərbaycan komandası üçüncü qızıl medalı əldə etmiş olub

Qeyd edək ki, daha əvvəl karateçilər İrina Zaretska (68 kq) və Tural Ağalarzadə (67 kq) Avropa Oyunlarının qalibi olmuşdu.