Azərbaycanın karate üzrə 5 qat dünya və 11 qat Avropa çempionu Rafael Ağayev peşəkarların mübarizə apardığı “Karate Combat” turnirində növbəti döyüşünü keçirib.

Offsideplus.az xəbər verir ki, idmançımız Florida ştatının Mayami şəhərində Coş Kuayhagenlə (ABŞ) üz-üzə gəlib və rəqibinə qalib gəlib.

Qeyd edək ki, Rafael Ağayev “Karate Combat” turnirində 2018-ci ildə debüt edib.