Sabah futzal üzrə növbəti Azərbaycan çempionunu müəyyənləşəcək.
Offsideplus.az xəbər verir ki, sayca 28-ci ölkə çempionatının qalibi olan “Araz Naxçıvan” 16 dəfə hamıdan güclü olub.
2020/2021-ci il mövsümü isə çempionat keçirilməyib və İcraiyyə Komitəsinin qərarı ilə bir il əvvəlki çempion – “Araz Naxçıvan” UEFA Çempionlar Liqasında ölkəmizi təmsil edib.
Naxçıvan təmsilçisindən sonra iki komanda 3 dəfə ölkə çempionu titulunu qazanıb. Söhbət “Avtomobilçi” və “Turan AİR”dən gedir. İlk çempion isə “Nicat” olub. “Araz Naxçıvan” ardıcıl 10 dəfə çempion olduqdan sonra seriyanı “Khazar Islands” qırıb.
İlk çempionat 1993-cü ildə keçirilib. Bəs sayca 29-cu çempionatın qalibi hansı komanda olacaq: "Araz Naxçıvan" - "Neftçi" İK? Sualın cavabına mayın 15-də, saat 18:30-da Bakı İdman Sarayında keçiriləcək matçda aydınlıq gətiriləcək. Zala giriş sərbəstdir.
İndiyə qədər keçirilmiş çempionatların qaliblərini diqqətinizə çatdırırıq:
1993 “Nicat” (Bakı)
1994/95 “Azadə”
1995/96 “Avtomobilçi”
1996/97 “Avtomobilçi”
1997/98 “Avtomobilçi”
1998/99 “Azərneftyanacağ”
1999/00 “Azərneftyanacağ”
2000/01 “Turan AIR”
2001/02 “Turan AIR”
2002/03 “Tribut”
2003/04 “Turan AIR”
2004/05 “Araz Naxçıvan”
2005/06 “Araz Naxçıvan”
2006/07 “Araz Naxçıvan”
2007/08 “Araz Naxçıvan”
2008/09 “Araz Naxçıvan”
2009/10 “Araz Naxçıvan”
2010/11 “Araz Naxçıvan”
2011/12 “Araz Naxçıvan”
2012/13 “Araz Naxçıvan”
2013/14 “Araz Naxçıvan”
2014/15 “Khazar Islands”
2015/16 “Araz Naxçıvan”
2016/17 “Araz Naxçıvan”
2017/18 “Araz Naxçıvan”
2018/19 “Araz Naxçıvan”
2019/20 “Araz Naxçıvan”
2020/21 Koronavirus pandemiyası ilə əlaqədar ölkədə idman zalları qapalı olduğuna görə çempionat keçirilməyib. AFFA İcraiyyə Komitəsinin qərarına əsasən, “Araz-Naxçıvan” ölkəmizi UEFA Çempionlar Liqasında təmsil edir.
2021/22 “Araz Naxçıvan”