Azərbaycan Stolüstü Tennis Federasiyasında Avropa Stolüstü Tennis İttifaqının Xorvatiyanın Osiyek şəhərində keçirilən “Europe youth series” turnirinin mükafatçıları ilə görüş baş tutub.

Offsideplus.az xəbər verir ki, ASTF-nin vitse-prezidenti Elmar İslam və baş katibi Könül Mikayılova Osiyek sınaqlarında inamlı çıxış edən idmançılar - Yağmur Məmmədli, Xədicə Eylazova, Onur Quluzadə və Tunar Bağırov, həmçinin milli komandanın məşqçiləri Mixail Timofeyev, Elnur Hidayətzadə, şəxsi məşqçilər Səbinə Əzizli və Zakir Cavadovu təbrik edərək onlara gələcək yarışlarda da uğurlar arzulayıb.

Seçmə komandanın üzvlərinə və məşqçilərə ASTF tərəfindən mükafatlar təqdim olunub. Xatırladaq ki, U-13 seçməmiz sözügedən yarışda ikinci, Onur Quluzadə şəxsi turnirdə, Yağmur Məmmədli - Xədicə Eylazova, Onur Quluzadə - Tunar Bağırov tandemi isə qoşa yarışlarda 3-cü yeri tutub.