"Formula 1" üzrə Azərbaycan Qran-prisində qalib müəyyənləşib. 

Offsideplus.az xəbər verir ki, "Red Bull" pilotu Serxio Peres yarışın qalibi olub.

Onun komanda yoldaşı Maks Ferstappen 2-ci, "Ferrari"dən Şarl Lekler 3-cü pillədə yer alıb.

Qeyd edək ki, "Aston Martin"dən Fernando Alonso 4-cü, "Ferrari"nin digər sürücüsü Karlos Sayns 5-ci olub. 7 qat dünya çempionu, "Mercedes"də çıxış edən Lüis Hemilton Qran-prini 6-cı pillədə başa vurub.