Türkiyənin Antalya şəhərində keçirilən “Böyük Dəbilqə” turniri davam edir.
Offsideplus.az xəbər verir ki, Azərbaycanın daha dörd cüdoçusu bu gün mübarizəyə başlayacaq. Son olaraq 90 kq çəki dərəcəsində çıxış edən Məmmədəli Mehdiyev 1/16 finalda İvaylo İvanov (Bolqarıstan) / Paul Kibikay (Qabon) cütünün qalibi ilə üz-üzə gələcək. Eyni çəkidə yer alan Murad Fətiyev 1/32 finalda Li Namhunu (Cənubi Koreya) sınağa çəkəcək.
100 kq-dan yuxarı çəkidəki idmançılardan Uşangi Kokauri 1/16 finalda Yevgeni Balyevski (Ukrayna) / Qalimjan Krikbay (Qazaxıstan) duelinin güclüsü ilə münasibətlərinə aydınlıq gətirəcək. Camal Qamzatxanov isə 1/32 finalda Şoxrux Mamarasulovla (Özbəkistan) qarşılaşacaq.
Qeyd edək ki, daha əvvəl Azərbaycan idmançılarından Səid Mollayi (81 kq) gümüş, Hidayət Heydərov (73 kq) isə bürünc medal qazanıb.