Ötən gün Azərbaycan Basketbol Liqasının 23-cü turu çərçivəsində daha iki oyun keçirilib.

Offsideplus.az xəbər verir ki, “Sərhədçi” İdman Mərkəzində baş tutan ilk görüşdə NTD region təmsilçisi “Olimpik” (Şəki) ilə qarşılaşıb. Birincilər bu oyunda 102:71 hesablı qələbə qazanaraq, çempionatın vahid lideri olub. Ən məhsuldar basketbolçular NTD-dən Brayson Robinson (24 xal, 7 asist), “Olimpik”dən isə Larri Robinson (21 xal, 6 asist) olublar.

Günün ikinci oyununda “Neftçi” və “Sərhədçi” komandaları üz-üzə gəlib. Bu görüşdə 89:77 hesablı qələbə qazanan “Neftçi”, rəqibinin pley-off şanslarını azaldıb. Ən məhsuldar basketbolçular “Neftçi”də Yuri Kondrakov (22 xal, 11 ribaund, 11 asist), “Sərhədçi”də Maksvel Starvud (24 xal, 3 ribaund) olublar.

Qeyd edək ki, 23-cü tura “Gəncə” – “Zirvə” (Astara) oyunu ilə yekun vurulacaq.