Azərbaycan cüdoçuları Gürcüstanın paytaxtı Tbilisidə keçirilən “Böyük Dəbilqə” turnirini 2 medalla başa vurublar.

Offsideplus.az xəbər verir ki, yarışın son günündə milli komandanın iki üzvü – Vüqar Talıbov və Camal Qamzatxanov tatami üzərinə çıxıb.

90 kq-da çıxış edən Talıbov startda Birləşmiş Ərəb Əmirlikləri təmsilçisi Aram Qriqoryana uduzaraq, mübarizəni dayandırıb.

100 kq-dan yuxarı çəkidə yer alan Camal Qamzatxanov isə ilk görüşündə gürcüstanlı İrakli Demetraşvilini məğlub etsə də, 1/4 finalda kubalı Eddi Qrande ilə bacarmayıb. Amma rəqib finala çıxdığından, təmsilçimiz təsəlliverici qarşılaşmalara qatılmaq hüququ qazanıb. Özbəkistanlı Şohruxon Baxtiyorova məğlub olan Qamzatxanov yekunda 7-ci yeri tutub.

Qeyd edək ki, daha əvvəl Azərbaycan yığmasında 2 medal qazanmışdı. Kişilərin yarışında Turan Bayramov (60 kq) "qızıl", qadınlarda isə Gültac Məmmədəliyeva (52 kq) "bürünc" qazanıb.