Gürcüstanın paytaxtı Tbilisidə keçirilən cüdo üzrə “Böyük Dəbilqə” turnirinə bu gün yekun vurulacaq.
Offsideplus.az xəbər verir ki, yarışın sonuncu günündə Azərbaycan millisinin 2 üzvü mübarizə aparacaq.
90 kq-da çıxış edən Vüqar Talıbov Birləşmiş Ərəb Əmirlikləri təmsilçisi Aram Qriqoryanla, 100 kq-dan yuxarı çəkidə yer alan Camal Qamzatxanov isə İqnas Meçajus (Litva) / İrakli Demetraşvili (Gürcüstan) duelinin qalibi ilə üz-üzə gələcək.
90 kq
1/16 final: Vüqar Talıbov – Aram Qriqoryan (BƏƏ)
+100 kq
1/8 final: Camal Qamzatxanov – İqnas Meçajus (Litva) / İrakli Demetraşvili (Gürcüstan) cütünün qalibi
Qeyd edək ki, Azərbaycan yığmasının aktivində iki medal var. Kişilərdən Turan Bayramov (60 kq) qızıl, qızlardan isə Gültac Məmmədəliyeva (52 kq) bürünc medal qazanıb.