Azərbaycanlı cüdoçu Əhməd Yusifov Özbəkistanın paytaxtı Daşkənddə keçirilən “Böyük Dəbilqə” turnirində bürünc medal sahibi olub.

Offsideplus.az xəbər verir ki, 60 kq çəki dərəcəsində mübarizə aparan 23 yaşlı idmançı 3-cü yer uğrunda görüşdə gürcüstanlı Lukum Çxvimianiyə qalib gəlib.

Yusifov dünya çempionu olmuş təcrübəli rəqibinə qalib gələrək, fəxri kürsüyə qalxıb.

Bu gün “Böyük Dəbilqə”də çıxış edən Azərbaycan yığmasının digər üzvləri – Rövşən Əliyev (60 kq), Kamran Süleymanov və Ruslan Paşayev (hər ikisi 66 kq) medal qazana bilməyib.