Dekabrın 20-də gənclər və idman naziri Fərid Qayıbov İsrail Dövlətinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Corc Diki qəbul edib.

Offsideplus.az xəbər verir ki, Gənclər və İdman Nazirliyində keçirilən görüşdə iki dost ölkə arasında gənclər siyasəti və idman məsələləri sahəsində əməkdaşlığın daha da genişləndirilməsi məsələləri müzakirə edilib.

Görüşdə səfirin müavini Doron Per və istisadi məsələlər üzrə köməkçisi Vüsal Vüsalzadə iştirak ediblər.