Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov "Meltwater Champions Chess Tour" seriyasının doqquzuncu - sonuncu mərhələsində mübarizəsini yekunlaşdırıb. 

Offsideplus.az xəbər verir ki, 37 yaşlı qrossmeyster final raundunun sonuncu - 7-ci turunda vyetnamlı Le Kuanq Lyom ilə qarşılaşıb və 1:3 hesabı ilə məğlub olub.

Təmsilçimiz 8 şahmatçı arasında turniri 6 xalla 7-ci pillədə başa vurub. Yarışın qalibi isə hazırkı dünya çempionu Maqnus Karlsen (20 xal) olub.

 Qeyd edək ki, Şəhriyar Məmmədyarov "Meltwater Champions Chess Tour" seriyasının 8-ci mərhələsi olan “Aimchess Rapid”də 2-ci yeri tutmuşdu.