ABŞ-nin Nyu-York şəhərində “Madison Square Garden” arenasında UFC 281 turniri keçirilib.

Offsideplus.az xəbər verir ki, orta çəkidə (84 kq-a qədər) braziliyalı Aleks Pereyra yeni zelandiyalı İsrael Adesanya ilə qarşılaşıb. Görüş Aleksin qələbəsiylə başa çatıb. O, 5-ci raundda rəqibini nokaut etməklə qalib gəlib. 

Bununla da, Aleks çempionluq kəmərini qazanıb.

Qeyd edək ki, braziliyalı döyüşçü peşəkar karyerasında 8 döyüş keçirib və 7-də qələbə qazanıb.