Prezident İlham Əliyev Azərbaycanda idmanın inkişafında xidmətləri olan şəxslərin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Offsideplus.az xəbər verir ki, sərəncama əsasən, Milli Olimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibəti ilə və idmanın inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər həmin fəxri diplomla təltif ediliblər:
İsayev Xəzər Ağali oğlu
Meftahəddinova Zemfira Əli qızı
Rəhimov Nazir Həzrətqulu oğlu
Şabanova Rəfiqə Mahmud qızı.
Tanınmış güləşçi Xəzər İsayev Sərbəst güləş üzrə Dünya və ikiqat Avropa çempionu, atıcılıq üzrə Olimpiya çempionu Zemfira Meftahəddinova Daxili İşlər Nazirliyinin (DİN) İdman Cəmiyyətinin rəisi, məşhur həndbolçu Rəfiqə Şabanova isə əməkdar bədən tərbiyəsi və idman ustasıdır.