"Rusiyanın şahmat komandası digər ölkələrin komandaları kimi bütün beynəlxalq yarışlarda iştirak etməlidir. Çünki idman, mədəniyyət və incəsənət siyasətdən kənarda qalmalıdır."
Offsideplus.az xəbər verir ki, bunu TASS-a açıqlamasında Azərbaycan şahmatçısı Teymur Rəcəbov deyib.
35 yaşlı qrossmeysterin fikrincə Rusiya şahmatçıları da beynəlxalq turnirlərə qatılmalıdırlar: "Mən özüm də müəyyən mənada pasifistəm. İstərdim ki, hər kəs öz düşüncələrinə baxmayaraq yarışlarda iştirak etsin".
Rəcəbov bunun idmaçılar üçün çətin olduğunu da sözlərinə əlavə edib: "Vəziyyət çox çətindir. Hesab edirəm ki, idmançıları işdən çıxarmaq olmaz. Onlar öz həyatlarını, sağlamlıqlarını, çox vaxt təhsillərini qoyurlar, idmanda olmaq üçün hər şeyi riskə atırlar, müəyyən mənada hüquqları kobud şəkildə pozulur".
Qeyd edək ki, Beynəlxalq Şahmat Federasiyası (FIDE) Rusiya və Belarus yığmalarının turnirlərə qatılmasını qadağan edib. Hər iki ölkə təmsilçiləri FIDE bayrağı altında fərdi yarışlarda mübarizə apara bilər.