Azərbaycanın stolüstü tennisçisi Yağmur Məmmədli Gürcüstanın paytaxtı Tbilisidə keçirilən “wtt youth contender Tbilisi ” turnirində rəqiblərindən üstün olaraq, yarışın baş mükafatına sahib çıxıb.
Offsideplus.az xəbər verir ki, turnirin son günündə milli komandanın daha iki üzvü mükafatlar uğrunda mübarizə aparıb. 11 yaşadək tennisçilərin yarışında Yağmur Məmmədli bütün rəqiblərinə qalib gəlib.
15 yaşadək idmançıların turnirindəki tennisçimiz Mərziyyə Nurmətova da uğurlu çıxışını davam etdirir. Bu gün yarımfinalda inamlı çıxş edərək idmançı finala vəsiqə qazanıb.
Qeyd edək ki, daha əvvəl Aylin Əsgərova, Adil Əhmədzadə və Onur Quluzadə sözügedən yarışda 3-cü yeri tutub.