Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov ABŞ-ın Sent-Luis şəhərində davam edən "Grand Chess Tour" seriyasının beşinci mərhələsində növbəti görüşünü keçirib.

Offsideplus.az xəbər verir ki, qrossmeysterimiz "Sinquefield Cup" turnirinin 8-ci turunda qara fiqurlarla ABŞ təmsilçisi Leynyer Dominqes ilə qarşılaşıb. Məmmədyarov 85-ci gedişdə rəqibi ilə heç-heçəyə razılaşıb.

 37 yaşlı şahmatçımız bu nəticədən sonra 2,5 xalla turnir cədvəlinin 8-ci pilləsində yer alıb.

Qeyd edək ki, dairəvi sistemlə 9 turdan ibarət olan yarışın ümumi mükafat fondu 325 000 dollardır. Turnirə sentyabrın 12-də yekun vurulacaq.