Voleybolçu qadınlardan ibarət Azərbaycan millisi bu gün 2023-cü il Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxacaq.

Offsideplus.az xəbər verir ki, D qrupunda yer alan komanda Avstriyanı qəbul edəcək.

Bakıdakı Voleybol Mərkəzində baş tutacaq görüş saat 18:00-da start götürəcək. 

AVRO-2023, seçmə mərhələ

D qrupu (qadınlar)

28 avqust

18:00. Azərbaycan - Avstriya

Bakı, Voleybol Mərkəzi

Xatırladaq ki, 2 turdan sonra Azərbaycanın 6 xalı var. Eldar Usubovun çalışdırdığı kollektiv hər iki matçda Gürcüstanı (ev və səfərdə) eyni hesabla məğlub etməyi bacarıb (3:0).  

Qeyd edək ki, qruplarda ilk 2 pilləni tutan komandalar AVRO-2023-ə vəsiqə qazanacaq.