Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının təsnifat mərhələsində çıxışını davam etdirir.

 Offsideplus.az xəbər verir ki, komanda səfərdə Türkiyə kollektivi ilə üz-üzə gəlib. A qrupunda mübarizə aparan Pərviz Səmədovun rəhbərlik etdiyi milli İstanbulda Burhan Fələk Voleybol Salonunda baş tutan matçdan xalsız ayrılıb.

Yığmamız rəqibinə 3:0 hesabı ilə  (25:15, 25:16, 25:19)  məğlub olub.

Ümumilikdə təsnifat oyunlarında 26 komanda 7 qrupa bölünüb. Qrupun ən güclüləri və 5 ən yaxşı ikinci yerin sahibi final mərhələsində iştirak hüququ qazanacaq.