Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında yarımfinal oyununa çıxıb.

Offsideplus.az xəbər verir ki, yığma finalın bir addımlığında İran komandası ilə üz-üzə gəlib və 1:3 (18:25, 25:18, 16:25, 22:25) hesabıyla məğlub olub.   

Qeyd edək ki, Eldar Yusubovun komandası bürünc medal uğrunda görüşdə Türkiyə - Kamerun cütünün məğlubu ilə qarşılaşacaq.