Kişi voleybolçulardan ibarət Azərbaycan milli komandasıTürkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında yarımfinal görüşünə çıxıb.
Offsideplus.az xəbər verir ki, yığmamız İranla üz-üzə gəlib.
Oyun millimizin 0:3 (17:25, 20:25, 11:25) hesablı məğlubiyyəti ilə yekunlaşıb.
Qeyd edək ki, digər yarımfinal cütündə meydan sahibi Türkiyə ilə Kamerun qarşılaşacaq. Məğlub tərəf 3-cü yer uğrunda millimizlə üz-üzə gələcək.