Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında 10-cu günə start veriləcək.
Offsideplus.az xəbər verir ki, bu gün Azərbaycan idmançıları 11 növdə yarışacaq.
Stend atıcılığı (kişilər və qadınlar)
10:00. Skeet reytinq atışları, kişilər: Fuad Qurbanov, Cavid Həsənov, Niyaz Ağazadə; Qadınlar: Nurlana Cəfərova, Rigina Meftəhəddinova, Sevda Nəcəfova
Ağırlıqqaldırma (kişilər və qadınlar, yarımfinal)
10:00. Qadınlar, A qrupu: Elnurə Abbasova (71 kq); 12:30. Kişilər, A qrupu: Kamran İsmayılov (89 kq); 16:00. Qadınlar, A qrupu: Anastasiya Moum (76 kq)
Voleybol (kişilər və qadınlar)
11:00. Kişilər: Azərbaycan - İran; 17:00. Qadınlar: Azərbaycan - İran
Üzgüçülük (kişilər və qadınlar)
11:00. Müxtəlif məsafələr
Aerobika gimnastikası (Kişilər və qadınlar, fərdi, finallar)
11:00. Qarışıq cütlük final və trio final: Vladimir Dolmatov, Mədinə Mustafayeva
Parastolüstü tennis
11:00. Şəxsi qadınlar: Dinarə Sunceleyeva
Qılıncoynatma (Qadınlar, şəxsi)
14:00. Təsnifat; 18:20. Yarımfinal; 19:30. Final; Anna Başta, Valeriya Bolçakova, Polina Kaspiroviç, Səbinə Kərimova
Bədii gimnastika (fərdi və komanda, finallar)
15:00. Zöhrə Ağamirova, İlona Zeynalova, Alina Gözəlova; Qrup komandası
Həndbol (qadınlar, final)
16:00. Azərbaycan - Türkiyə
Futbol (kişilər)
18:00. Yarımfinal: Azərbaycan - Türkiyə
Basketbol 3x3 (Kişilər və qadınlar)
19:10. Qadınlar, C qrupu: Azərbaycan - Türkiyə; 20:35. Qırğızıstan - Azərbaycan
Qeyd edək ki, Azərbaycan 13 qızıl, 15 gümüş və 15 bürünc medalla sıralamada 4-cü pillədə yer alır.