Azərbaycanın qılıncoynatmanın sablya növü üzrə qadınlardan ibarət seçmə komandası Misirin paytaxtı Qahirədə keçirilən dünya çempionatında 1/4 final görüşünə çıxıb.
Offsideplus.az xəbər verir ki, Anna Başta, Səbinə Kərimova, Valeriya Bolşakova və Sevil Bünyatovadan ibarət kollektiv Fransa millisi ilə üz-üzə gəlib.
Görüş rəqibin 45:25 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, bu gün Misirin paytaxtı Qahirədə qılıncoynatma üzrə dünya çempionatı başa çatacaq.