Kişi voleybolçulardan ibarət Azərbaycan milli komandası bu gün Belarus yığması ilə yoxlama görüşündə üz-üzə gəlib. 

Offsideplus.az xəbər verir ki, adıçəkilən komandaların qarşılaşması Bakıda baş tutub.

Voleybol Mərkəzində keçirilən oyun Belarusun qələbəsiylə sona çatıb.

Qeyd edək ki, milli komandamız iyulun 21-də bu rəqib qarşısında daha bir yoxlama görüşünə çıxacaq. 

Yoxlama oyunu

18 iyul

Azərbaycan – Belarus 1:3 (21:25, 27:25, 20:25, 14:25)