Azərbaycanın MMA döyüşçüsü Rafael Fiziyev Mütləq Döyüş Çempionatında (UFC) növbəti görüşünü keçirib.

 Offsideplus.az xəbər verir ki, ilk dəfə Azərbaycanı təmsil edən 29 yaşlı idmançı ABŞ-ın Nevada ştatındakı Las-Veqas şəhərində braziliyalı Rafael dus Anyusla üz-üzə gəlib. Fiziyev "UFC Vegas 58" turnirinin sonuncu raundunda rəqibini nokauta salıb. Təcrübəli döyüşçü UFC-də ardıcıl 6-cı qələbəsini qazanıb.

Qeyd edək ki, Azərbaycanın digər MMA döyüşçüsü Nəriman Abbasov UFC-də ilk qarşılamasını sentyabrın 6-da braziliyalı İsmael Bonfimə qarşı keçirəcək.