Bu gün futzal üzrə DÇ -2024-ün Avropa zonasının əsas seçmə mərhələsinin püşkatması keçirildi.
Mərasimə 1-ci səbətdən qatılan Azərbaycan millisinin də rəqibi məlum oldu. Yığma 6-cı qrupda Polşa və Yunanıstanla birgə mübarizə aparacaq.
Püşkatma ilə bağlı millimizin qapıçısı Rövşən Hüseynli ilə əlaqə saxladıq.
31 yaşlı qapıçı Offsideplus.az-a açıqlamasında qrupdakı rəqibləri və şansları dəyərləndirdi.
O, ilk olaraq rəqiblər haqda danışdı:
"Yunanıstan yığması bizə tanış rəqibdir. Onlarla son Avropa çempionatının seçmə mərhələsində qarşılaşmışdıq və gər iki oyunda qalib gəlmişdik. Polşa seçməsinə gəlincə, onlar da futzal milliləri arasında inkişaf edən kollektivlərdən biridir".
Hüseynli qrupun favoriti olduqlarını bildirdi:
"Qrupun favoriti bizik. Düzdür, bu, kağız üzərində olsa belə, bunu meydanda sübut etməyə çalışacağıq. Bunun üçün də yaxşı hazırlaşacağıq".
Cavid Əliyev