Futzal üzrə Azərbaycan millisinin üzvü Rövşən Hüseynlinin legioner karyerası qısa çəkib.
Offsideplus.az xəbər verir ki, bu ilin mart ayında Rusiyanın "Torpedo" klubuna transfer edilən 31 yaşlı qapıçı yenidən sabiq komandası "Araz-Naxçıvan"ın sıralarına geri dönüb.
Qolkiper, saytımıza açıqlamasında yenidən legioner həyatı yaşamaq şansının olduğunu, lakin Naxçıvan təmsilçisinə qayıtmağı daha məqsədəuyğun saydığını söyləyib:
"Yenidən "Araz-Naxçıvan"a qayıtdım. Çox qısa müddət oldu deyə, özümü bu klubdan ayrılmamış kimi hiss edirəm. Açığı, yenidən legioner həyatı yaşaya bilərdim. Menecerim Marat Salyanski bu yöndə danışıqlar aparırdı. Ancaq "Araz-Naxçıvan" rəhbərliyi ilə görüşümüzdən sonra burada qalmağım daha məqsədəuyğun hesab edildi. Çünki komandanın qarşısına böyük hədəflər qoyulub və mən də doğma klubum üçün əlimdən gələni etmək istəyirəm".
Daşqın Əziz