Yeniyetmə stolüstü tennisçilər arasında Avropa çempionatının püşkü atılıb.
Offsideplus.az xəbər verir ki, Monteneqronun Podqoritsa şəhərində təşkil olunan mərasimdə Azərbaycan yığmalarının da rəqibləri bəlli olub.
Püşkün nəticələrinə əsasən, oğlanlardan ibarət yığma E qrupunda Avstriya və Sloveniya seçmələri ilə mübarizə aparacaq. Qızlardan ibarət kollektiv isə H qrupunda İsveç, Yunanıstan və Monteneqro ilə yarışacaq. İdmançılar komanda turniri ilə yanaşı şəxsi, qoşa və qarışıq qoşa yarışlarında da bacarıqlarını göstərəcəklər.
15 yaşadək stolüstü tennisçilərin Avropa birinciliyi iyulun 6-dan 15-dək Serbiyanın paytaxtı Belqradda keçiriləcək. Mötəbər yarışda məşqçilər Elnur Hidayətzadə və Ramil Cəfərovun rəhbərliyi ilə Arzu Aslanova, Aylin Əsgərova, Mərziyyə Nurmətova, Adil Əhmədzadə, Hüseyn Eylazov və Onur Quluzadə qələbə uğrunda mübarizə aparacaq.
Beynəlxalq dərəcəli hakimlər Könül Mikayılova ilə Zaur Mikayılov da, Avropa çempionatında Azərbaycanı təmsil edəcək.