Milli Olimpiya Komitəsinin (MOK) baş katibi Azər Əliyevin yenidən Azərbaycan Pauerliftinq Federasiyasının 1-ci vitse-prezidenti seçilməsi haqda yayılan xəbərlər doğru deyil.

Offsideplus.az xəbər verir ki, bu haqda məlumatı MOK-un mətbuat xidməti yayıb:

“Ümumiyyətlə, son günlər Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyevə müxtəlif federasiyalarda vəzifə verilməsi barədə yayılan xəbərlər həqiqəti əks etdirmir. Qeyd etmək istəyirik ki, MOK-un baş katibi Azər Əliyev heç bir federasiyada vəzifə tutmur”.