Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yanvarın 30-da Gəncə İdman Sarayında tikinti işlərinin gedişi ilə tanış olub.

Offsideplus.az xəbər verir ki, ikimərtəbəli Gəncə İdman Sarayında böyük idman zalı, üzgüçülük hovuzu, beynəlxalq turnirlərin keçirilməsi üçün məkan, şahmat, güləş, boks və idmanın digər növləri üzrə məktəblər fəaliyyət göstərəcək. 

Regionların Sosial-İqtisadi İnkişafı Dövlət proqramlarının uğurlu icrasını təmin edən əsas məsələlərdən biri infrastruktur layihələrinin tikintisinin gedişi ilə Prezidentin yerində tanış olmasıdır.