PSJ-nin argentinalı futbolçusu Mauro İkardi xanımı Vanda Narayla barışıb.
Offsideplus.az xəbər verir ki, 28 yaşlı hücumçu bir neçə saat əvvəl "instagram" hesabından onunla şəklini paylaşaraq, "Bu gözəl ailəyə inanmağa davam etdiyin üçün təşəkkür edirəm, sevgilim. Səni sevirəm" sözlərini yazıb.
Xatırladaq ki, Vanda Nara İkardinin ona başqa qadınla xəyanət etdiyini bildirərək, futbolçudan ayrılmaq qərarına gəlmişdi.
Onu da bildirək ki, İkardi bu səbəbdən dünən PSJ-nin heyətində "Leyptsiq"lə Çempionlar Liqasının qrup mərhələsi matçına (3:2) çıxmamışdı.