"Eleven Kings" futbol menecer oyununda 600 AZN-lik smartfon  qazanmaq imkanı var.

Belə ki, yerli oyun startapı yeni müsabiqəyə start verib. Bunun üçün hər kəs Eleven Kings mobil tətbiqinə yeni əlavə olunan "Galaxy Cup" turnirinə qoşulub, turinirin qalibi olmaqla müsabiqəyə qoşulmuş olur və 25 May tarixində turnirin qalibləri arasından seçiləcək şanslı istifadəçi olmaqla "Samsung Galaxy A32" smartfonu əldə etmək şansı qazanır.
 
▪ Turnirdə oyunlararası vaxt 24 saat, rəqiblərin gücü 30-60 aralığındadır.
▪ Turnirdə bir dəfə qalib olmaq müsabiqəyə qoşulmağa kifayət edir.
▪ Bir neçə dəfə turnirin qalibi olmaq hədiyyə qazanmaq şansını artırmır.
▪ Hədiyyəli Müsabiqəyə qoşulmaq üçün 25 May 12:00-a kimi "Galaxy Cup" turnirinin qalibi olmaq lazımdır.
▪ Qeyd olunan tarixdən sonra turnirin qalibi olanlar Müsabiqəyə qoşula bilmir.
 
Qalib 25 May 12:00-da Eleven Kings Facebook səhifəsində Canlı Yayım vasitəsilə turnirin qalibi olan istifadəçilər arasında təsadüfi seçimdə (random) müəyyən olunacaq.
 
Qeyd: "Galaxy Cup" turinirinin qalibi olan istifadəçi hədiyyəni qazanmır, qeyd olunan tarixədək "Galaxy Cup" turnirinin qalibi olan istifadəçilər arasında ediləcək təsadüfi seçimlə (random) seçilən istifadəçi Samsung smartfonunu qazanacaq.