Əfsanəvi braziliyalı futbolçu Ronaldinyo yenidən Türkiyəyə gələcək.

Offsideplus.az xəbər verir ki, "sambaçı" 4 ildən sonra yenidən qardaş ölkəyə təşrif buyuracaq.

Səfərin məqsədi "10 nömrə"nin xarici ölkələrdə həyata keçirdiyi çəkilişlərlə bağlıdır.

Qeyd edək ki, Ronaldinyo 2017-ci ildə Ümit Akbulutun təşkilatçılığı ilə Türkiyəyə gəlmişdi.