Azərbaycan İdman Jurnalistləri Federasiyasının (AİJF) və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının birgə layihəsi olan "Media sektoru" verilişinin ilk yayımı baş tutub.
Verilişdə qonaqlar AİJF prezidenti, əməkdar jurnalist Qabil Mehdiyev və gənc idman jurnalisti, Vətən Müharibəsi iştirakçısı (əməkdaşımız) Daşqın Əziz olublar.
Verilişin aparıcısı isə tanınmış idman jurnalisti Rüfət Nadirlidir.