"Ankaragücü"nün forvardı Renat Dadaşov əməliyyat olunub. 

Offsideplus.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti informasiya yayıb.

Dadaşovun qasıq nahiyyəsində yırtıq olduğu üçün bu müdaxilə həyata keçirilib. Paytaxt təmsilçisi, onun 4-6 həftə sonra məşqlərə qayıdacağını açıqlayıb.

Qeyd edək ki, millimizin hücumçusu cari mövsümdən "Ankaragücü"nün uğurları üçün çalışır.