39 yaşlı hücumçu Kristiano Ronaldo "Əl-Nəsr" ilə müqaviləsinin uzadılması mövzusunda danışıqlar aparır.
Offsideplus.az xəbər verir ki, hazırkı müqaviləsi 2025-ci ilin yayına qədər davam edir.
İnsayder və jurnalist Nikolo Şiranın fikrincə, Ronaldo 2026-cı il Dünya Çempionatında iştirak etməyi planladığı üçün oyun praktikasına ehtiyacı var. Əgər 39 yaşlı hücumçu bu mundialda oynasa, altı fərqli dünya çempionatında iştirak edən ilk futbolçu olaraq tarixi rekorda imza atacaq.
Bu mövsümdə Ronaldo bütün yarışlarda yeddi matçda iştirak edib, bu matçlarda altı qol vurub və iki məhsuldar ötürmə edib.